enerji-siyaseti

Qafqaz Konserv Zavodu MMC  enerji idarəetmə sisteminin effektiv tətbiqi və inkişaf etdirilməsi məqsədilə aşağıdakı öhdəlikləri qəbul edir:

• Enerji resurslarından səmərəli və qənaətlə istifadə etmək;

• Enerji effektivliyi sahəsində qüvvədə olan qanunvericiliyin, normativ sənədlərin və digər tələblərin icrasını təmin etmək;

• Enerji məqsəd və hədəflərinə nail olmaq üçün zəruri məlumatların, texnologiyaların və resursların əlçatanlığını təmin etmək;

• Enerji performansına təsir göstərən avadanlıq, məhsul və xidmətlərin satınalınması zamanı enerji effektivliyini nəzərə almaq;

• Müəssisədə layihələndirmə, yenidən qurma və modernləşdirilmə zamanı enerji performansının yaxşılaşdırılmasına üstünlük vermək;

• İstifadə olunan enerji resurslarının səmərəli idarə edilməsini təmin etmək;

• İşçilərin enerji səmərəliliyi sahəsində bilik və bacarıqlarını təlimlər, maarifləndirmə tədbirləri və motivasiya proqramları vasitəsilə artırmaq;

• Enerji göstəricilərini mütəmadi izləmək, təhlil etmək və enerji idarəetmə sistemini davamlı olaraq təkmilləşdirmək.

    Müəssisə rəhbərliyi bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını və Enerji İdarəetmə Sisteminin effektiv fəaliyyətini öz üzərinə götürür.

   Enerji resurslarından səmərəli istifadəni, enerji performansının davamlı yaxşılaşdırılmasını və ətraf mühitə təsirlərin azaldılmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.