bilesuvar-konserv-zavodu

Biləsuvar Konserv Zavodu 2010-cu ildə ölkə prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq Dövlətin güzəştli krediti və “Azərsun Holdinq”in vəsaiti hesabına qurulub. Fəaliyyət sahəsi  müxtəlif konservləşdirilmiş məhsulların istehsalı olan zavodda “Supersun”, “Bizim Tarla”, “Bostan”, “Saville”, “Chveni Supra”, “Final”, “Blendo” markaları altında Tərəvəz turşuları, Badımcan Kürüsü, , Soyulmuş pomidor, Yaşıl noxud, Tomat pastası məhsulları o cümlədən xüsusi olaraq Azərbaycan brendi kimi “Bizim Tarla” markası altında tərəvəz və turşu məhsulları istehsal olunur. Müəssisə regionun və eləcə də ölkənin qida təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutur. İstehsal gücü bütün məhsullar üzrə ildə 25000 ton olan zavodda 700-800 nəfər işçi çalışır. Müəssisə bölgədə işsizliyin azaldılmasında mühür rol oynamaqla yanaşı ətraf rayonlarda fəaliyyət göstərən istehsalçılardan və əhalidən müxtəlif meyvə və tərəvəzlərin qəbulunu həyata keçirərək kənd təsərrüfatının inkişafına da öz töhvəsini verir. Biləsuvar Konserv Zavodunda ABŞ, Macarıstan, İtaliya, Almaniya, Türkiyə, İsrail kimi ölkələrdən alınmış ən son texnologiyalara əsaslanan avadanlıqlar qurraşdırılıb. İstehsalatın İSO 9001 və FSSC 22000 standartlarına uyğun olaraq aparılması istehsal olunan məhsulların daxili və xarici bazarlarda istehlakçıların rəğbətini qazanmasına səbəb olmuşdur. Həmçinin Biləsuvar Konserv Zavodu AQTA QİDA MƏHSULLARI SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SUBYEKTLƏRİN DÖVLƏT ÇIXARIŞI ilə Qida Təhlükəsizliyi qeydiyyatına alınmışdır. Bunlardan əlavə aşağıdakı sertifikatlara da sahibdir:

TS-EN-ISO 9001:2015

FSSC 22000 – Food Safety System Certification

KOSHER

HALAL

Uyğunluq sertifikatı

Zavodda istehsal olunan məhsullar Rusiya, Ukrayna, Almaniya, Moldova, Dubay, Gürcüstan, İraq, ABŞ, Kanada, Latviya, Litva, Estoniya, İtaliya və digər ölkələrə ixrac olunur. Azərbaycanda ilk dəfə olaraq məhz Biləsuvar Konserv Zavodu regionun ən böyük konserv istehsal müəssisəsidir.