Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Faydalı məlumatlar




Konserv məhsullarında əlavə qatqı maddəsi varmı?

“Qafqaz Konserv Zavodu”nda istehsal olunan məhsullar tamamilə təbii olub tərkibinə heç bir süni maddəsi qatılmamaqdadır.

Niyə hazır yemək?

Birbaşa istehlak üçün əlverişlidir. Hazırlanması asandır və vaxta qənaət etmək mümkündür. İstehlakçının zövqünə görə ləzzətləndirilə bilər. Müxtəlif çəkilərdə satıldığı üçün istənilən miqdarlarda almaq mümkündür, bu səbəblə itkiyə getməz. İstifadə zamanı xüsusi hazırlığa ehtiyac duyulmur.

Cem nə cür istehsal olunur?

Sərt çəyirdəkli, üzüməoxşar və yumşaq çəyirdəkli meyvə və bir çox tərəvəz cemin xammalı kimi istifadə olunur.
Cem emalı prosesinə girən meyvələr bir sıra ön emaldan keçdikdən sonra (yuma, çəyirdək çıxarma, sap qoparma, qaynatma və s.) digər köməkçi məhsullarla (saxaroza, qlükoza, sitik turşu, petkin) müəyyən formula daxilində müəyyən bir sıra ilə qarşılaşdırılaraq bişirilir. Bişirmədə məqsəd, lazımi qədər su buxarlandırılaraq istənilən səviyyədə məhsulun əldə edilməsidir.
Bişirmə prosesindən sonra cem, dolum maşınına isti su ilə yuyulmuş qablara qoyularaq əl dəymədən bağlanır. Pasterizə tunelindən keçirilərək müəyyən vaxt ərzində buxarla birlikdə istilikdə verilir. Daha sonra məhsul soyutma tunelindən keçirilərək, mərkəz istiliyin lazımi dərəcəyə qədər soyudulur.

Tomatların evdə hazırlanmış tomata görə üstünlüyü nələrdir?

“Qafqaz Konserv Zavodu”nda istehsal olunan tomatlar, ev tomatlarında olduğu kimi çəyirdəksiz və qabıqsız olur. Hazırlanma texnologiyası istənilən axıcılıqda əldə edilə bilər. Evdə hazırlanmış tomatlar kimi gün işığı ilə deyil vakuumlu sistemlərdə və aşağı hərarətdə qatılaşdırıldığı üçün, həm istənilən səviyyədədir. Həm də oksigenin səbəb olduğu dəyişmələrdən təsirlənmir. Bundan əlavə “Qafqaz Konserv Zavodu”nda istehsal edilən tomatlar pasterizəyə tabe tutulduğu üçün evdə hazırlanmış tomatlardan daha keyfiyyətlidir.

Tomatın faydaları nələrdir?

Tomatın tərkibindəki A, B1, B2, C, K vitaminləri, nikotin turşusu, karbohidrat, orqanik turşular, kalium və dəmir kimi birləşmələrdə, orqanizmin ehtiyac duyduğu vitamin və minerallar vardır.
Tomatın sağlamlığa olan əsas təsirlərindən biri tərkibindəki likopendən qaynaqlanır. Likopen meyvə və tərəvəzlərdə təbii rəng verən maddədir.
Likopen son illərdə aparılan araşdırmalarla prostat xərçənginə müsbət təsir edən yeganə maddə olduğu aşakarlanmışdır. Bunla birlikdə, çənbər bağırsaq, uşaqlıq və döş xərçənginin qarşısını almaqda və qocaların immun sistemini gücləndirmədə effektiv rol oynayır. Likopenlə yanaşı hüceyrələr arasındakı bağları da gücləndirmə, cildi qorumaqda və qocalmanı gecikdirməkdədir.

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan