Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Artıq Avropadayıq!

Daimi inkişaf və silsilə uğurları ilə hər zaman diqqət mərkəzində olan “Qafqaz Konserv Zavodu” növbəti uğuru ilə bizim hər birimizə qürur hissləri bəxş etdi. Belə ki, yüksək keyfiyyətli məhsullarını Avropa bazarına çıxarmağı qarşısına məqsəd qoymuş müəssisə bu istiqamətdə daha geniş şəkildə fəaliyyət göstərirdi. Və artıq gözlənilən uğurlu nəticə əldə edildi. Müəssisə Avropa İttifaqı Ölkələri bazarlarına çıxış üçün gərəkli olan və İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilən TƏSDİQEDİCİ KOD ŞƏHADƏTNAMƏSİNƏ  sahib oldu.
Uzun müddətli fikir mübadilələri, komanda işi və rəhbərliyin dəstəyi ilə əldə edilən bu uğur müəssisə məhsullarının daha geniş bazarlara çıxmaq imkanını şirkətimizə qazandırmışdır.
Azərbaycandan Avropa İttifaqı Ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsində vahid səlahiyyətli orqan olan İqtisadi İnkişaf Nazirliyinin rəsmi ekspertləri tərəfindən 30/11/2009 tarixində “Qafqaz Konserv Zavodu” MMC-də “Təsdiqedici Kod” Şəhadətnaməsi müəssisənin baş direktoru Əmir Zeynalzadəyə təqdim edilmişdir.

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan