“Bizim Tarla” ilə Efirdə
Həftə içi hər gün 11:00 - 13:00 saatlarında ”Bizim Tarla” markasının baş sponsorluğu ilə “Xəzər” televiziyasında yayımlanan “Xəzərin Sahilində” proqramını izləməyi unutmayın !
Elm və texnika inkişaf etdikcə insanlarda informasiyaya olan tələbat da yüksələn xətt üzrə inkişaf edir. Nəticədə isə insanlar həm mətbuat və elektron informasiya vasitələrinə, həm də radio və televiziyaya müraciət edirlər. Lakin etiraf etmək lazımdır ki, bu informasiya vasitələri arasında ən çox diqqəti cəlb edən televiziyadır. Neçə-neçə on illiklərin ötməsinə baxmayaraq, televiziya bir informasiya vasitəsi kimi öz aktuallığını itirmir, əksinə bu informasiya vasitəsinə olan tələbat günü-gündən artır. Ən maraqlı məqam isə televiziyanın bütün həyatımıza sirayət etməsidir. Bir sözlə, müasir həyatı televiziyasız təsəvvür etmək qeyri-mümkündür.
Bu isə öz növbəsində müxtəlif səpkili televiziya proqramlarının yaranmasına zəmin yaradır. Qeyd etmək lazımdır ki, televiziya proqramları bu gün, həm də öz tamaşaçılarına fərqli istiqamətlər verən tədris kursu rolunu oynayır. Buna nümunə olaraq xanımlar üçün nəzərdə tutulmuş mətbəx proqramlarını göstərmək olar. Mətbəx proqramları xanımlarımızı yeni resept və yemək hazırlama üsulları, milli və xarici ölkə mətbəxlərinin ləziz təamları, tez və praktik yemek növləri, tanınmış aşpazların məsləhətləri ilə tanış etmək baxımından əvəzedilməz vasitədir.
Məhz bu meyarları dəyərləndirən “Bizim Tarla” markası, mart ayından etibarən “Xəzər” televiziyasında yayımlanan “Xəzərin Sahilində” verilişinə baş sponsorluq edir. Verilişə, tamaşaçıların əhval-ruhiyyəsini yüksəltmək məqsədilə incəsənət adamları da dəvət edilir. Həftə ərzində, fasıləsiz olaraq beş gün efirdə yayımlanan bu proqram əyləncə xarakteri daşımaqla yanaşı, həm də xanımların maraq və tələbatlarına cavab verən mətbəx rubrikası təqdim edir. “ Bizim Tarla ” markasının zəngin çeşidləri ilə bağlı tamaşaçılara verilən məlumatlar isə rubrikaya xüsusi canlanma bəxş edir.
Proqrama məxsusi olaraq mətbəx rubrikası üçün dəvət edilmiş aşpazlar, “Bizim Tarla” markasının məhsulları ilə müxtəlif çeşidli yemək və salatlar hazırlayaraq onların bu cür əla dada malik olmasında “ Bizim Tarla ”nın böyük rolu olduğunu xüsusi vurğulayırlar. Mətbəx rubrikası efirdə olduğu müddət ərzində, proqramın aparıcısı tərəfindən mütəmadi olaraq “Bizim Tarla” markasına aid olan məhsulların insan orqanizmi üçün faydaları ilə bağlı məlumatlar verilir.
Qeyd etmək lazımdır ki, günü-gündən artan tamaşaçı maraqlarını nəzərə alaraq, bu yaxınlarda proqramı genişləndirmək və daha maraqlı etmək məqsədilə, proqrama xüsusi yarışma rubrikası da əlavə ediləcək. Odur ki, “Xəzər “ televiziyasının efirində yayımlanan “Xəzərin Sahilində” proqramını izləmək istəyənlər, qida rasionumuzu əminliklə etibar etdiyimiz “Bizim Tarla ” markasının xüsusi maliyyə dəstəyi ilə şənbə və bazar günləri istisna olmaqla, həftə ərzində hər gün saat 11:00 - dan 13:00 - dək bu şansı qazanmış olacaqlar.



Developed and Supported by