Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

KİV nümayəndələri Qafqaz Konserv Zavodunda...

Yüksək səviyyədə fəaliyyət göstərən və istehsal etdiyi keyfiyyətli məhsulları ilə tanınan Qafqaz Konserv Zavodu KİV nümayəndələrini qəbul etmişdir.

Ölkənin KİV nümayəndələri aprel ayının 24-də Xaçmazda fəaliyyət göstərən Qafqaz Konserv Zavoduna ekskursiya etmişlər. Ekskursiyada əsas məqsəd zavodun fəaliyyəti və ümumilikdə gördüyü işlərlə yaxından tanış olmaq, həmçinin istehsalat sahələrini əyani şəkildə müşahidə etmək idi.

Əldə etdiyi uğur və nailiyyətləri, qazandığı mükafatları ilə daim diqqət mərkəzində olan Qafqaz Konserv Zavodu müxtəlif qəzet, jurnal və televiziya kanallarından təşrif buyurmuş jurnalistləri qəbul etmiş və onların zavodla yaxından tanış olmasına şərait yaratmışdır. Bununla da media nümayəndələri, onları  maraqlandıran suallara cavab tapmaq imkanı əldə etmişlər.

Müəssisə rəhbərliyi tərəfindən qarşılanmış jurnalistlərə ilk öncə müəssisənin yaranma tarixi barədə məlumat verilmiş, sonra isə onun fəaliyyətinin bölgədə nə kimi əhəmiyyətə və rola malik olduğundan bəhs edilmişdir. Zavodun ərazisi və istehsal sahələri ilə tanışlıq zamanı müəssisənin texnoloqları  media nümayəndələrinə istehsal prosesi, məhsulların çeşidləri və keyfiyyətli emal xətləri barədə ətraflı məlumat vermişlər. Onlar, eyni zamanda jurnalistləri maraqlandıran müxtəlif istiqamətli sualları dolğun və aydın şəkildə cavablandırmışlar.

Sonra müəssisənin istehsal, anbar və qazanxana sahəsi ilə tanış olan qonaqlar ən son texnoloji nümunələr olan avadanlıqlar və təhlükəsiz qida istehsalının önəmli xüsusiyyətləri ilə də maraqlanmışlar. Onlar, həmçinin işçilər üçün yüksək səviyyədə yaradılmış şəraitin və sosial təsislərin də şahidi olmuşlar.

Ekskursiya zamanı, müəssisənin fəaliyyət göstərdiyi illər ərzində qazanmış olduğu uğurları və gələcək planları barədə məlumatlar, ölkə daxilində və müxtəlif beynəlxalq müsabiqələrdə əldə etdiyi mükafatlar da jurnalistlərin diqqətinə çatdırılmışdır.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan