Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Azərbaycanın Qida Sənayesinə Böyük Töhfə Yaşıl Noxud Bol Bəhrə Verdi

Biləsuvar rayonunda becərilmiş yaşıl noxud özünün ilk bəhrəsini verdi. Məhsulun bol bəhrə verməsi, onu becərmiş zəhmətkeşlərə böyük sevinc hissi bəxş etdi.

“Azersun Holding”in həyata keçirdiyi layihələr, sözün əsl mənasında Azərbaycanın qida sənayesinə böyük töhfələr verməkdədir. Belə layihələrdən biri də Biləsuvar rayonunda yaşıl noxudun yetişdirilməsi idi. Şirkətlər qrupunun və rayon zəhmətkeşlərinin əzmkar səyləri nəticəsində, artıq bu layihə də gerçəkləşdi və məhsul ilk bəhrəsini verdi.

Qeyd etmək lazımdır ki, Biləsuvar rayonu ərazisində yerləşən 155 ha ərazidə 4 ədəd pivot suvarma sahəsi olaraq yaşıl noxudun əkini həyata keçirilmişdir. Əkin işləri 2007-ci ilin dekabr ayından başlamış və hər ay bir pivot sahəsini əkməklə 2008-ci ilin mart ayına kimi mərhələli əkin işləri həyata keçirilmişdir. Peşəkar və təcrübəli kənt təsərrüfatı mütəxəssisi İrfan Çanakın nəzarəti altında becərilən yaşıl noxud, may ayının 15-dən etibarən yığıma yararlı vəziyyətə gəlmişdir. May ayının 19-u isə məhsulun toplanmasına başlanmışdır. Sevindirici haldır ki, məhsuldarlıq gözlənilən nəticədən də yüksək olmuş və bu layihədə zəhməti olan hər bir kəsi sevindirmişdir. Hər hektardan yaşıl saplı olaraq 25-30 ton arası məhsuldarlıq müşahidə edilir ki, bu da olduqca gözəl bir nəticədir.

Qeyd etmək lazımdır ki, yaşıl noxudun istehsalını həyata keçirən zavodun inşasına ötən ilin aprel ayından başlanılmışdır. İstehsalda istifadə edilən bütün avadanlıqlar da ən son texnoloji nailiyyətlərdən hesab edilir. Zavodun ərazisi 3600 m2  əhatə edir. Zavodda məhsulun iki qəbul sahəsi (beton), 420 m2 əraziyə malik qazanxana, sahəsi 3080 m2  olan  anbar və  800 m2 ərazisi olan emalatxana yerləşmişdir.

Ümumiyyətlə, cari il mövsümündə cəmi 1200 ton yaşıl noxud istehsalı nəzərdə tutulmuşdur. Zavodun məhsul istehsal etmək gücü isə gündə 100 tona bərabərdir. Deməli, zavodumuz artıq gözlənilən nəticəni əldə etmişdir. Lakin şirkətlər qrupu əldə edilən nəticələri daha da artırmaq və gələcəkdə ümumi istehsal gücünü iki qat qaldırmaq üçün lazımi tədbirlər barədə düşünür. Bu isə yaşıl noxud əkininin daha da  genişləndirilməsi ilə reallaşa bilər.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan