“Bizim Tarla” markasının yeni mövsüm məhsulları artıq marketlərdə!
Yeni mövsümün başlaması ilə əlaqədar olaraq müvafiq tədbirlər görən “Bizim Tarla” markası öz istehlakçılarını əlavə əziyyətdən azad edərək, onlara müxtəlif çəkilərdə və fərqli qablaşdırmalarda məhsullar təqdim etdi.
- “Bizim Tarla” markasının təqdim etdiyi 390q, 550q, və 700q çəkilərdə olan yaşıl noxud istər hər hansı mərasim, istərsə də gündəlik qida rasionunun tərkibini təşkil edən müxtəlif salatların hazırlanmasında əvəzedilməzdir. Çəki baxımından çeşidlərin bol olması isə istehlakçılara asan seçim imkanı yaradacaqdır.
- “Bizim Tarla“ markasının təqdim etdiyi 720q və 2 kq qablaşdırmalarda xiyar turşusu istənilən fəsildə hər cür yeməklə süfrəyə verilə bilər. Turşunun yemək zamanı iştahgətirici vasitə kimi istifadə edilməsində rolu böyükdür.
- Tərkibi təbii meyvə və vitaminlərdən ibarət, heç bir əlavə qarışığı olmayan və ev şəraitində hazırlanmış qədər etibarlı olan 1 litrlik qablaşdırmalarda albalı və ağ gilas kompotları istənilən fəsildə, xüsusilə də yay fəslində susuzluğun qarşısını alan sərinləşdirici içki kimi ideal vasitədir.



Developed and Supported by