Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Faydalı, Keyfiyyətli, Ləziz və Təhlükəsiz...

“Qafqaz Konserv Zavodu” MMC-də məhsuldar istehsal mövsümləri bir-birini əvəzləyir. Uğurlu pomidor emalının ardınca sentyabrın 15-də alma xammalının qəbuluna başlayan müəssisə 2008-ci il üçün 15.000 ton xammalın qəbulunu həyata keçirmək niyyətindədir. Burada bütün işlərin məhz bu yöndə köklənməsi də qarşıya qoyulan niyyətin gerçəkləşəcəyindən xəbər verir. Hər zaman olduğu kimi tədarükçülərin məlumatlandırılması, məhsulun qəbulu və müştərilərin məmnuniyyəti burada əsas şərtlərdəndir.

Ümumiyyətlə, alma xammalından əldə ediləcək məhsullar ənənəvi keyfiyyət və təhlükəsizliyi qorunub saxlanmaqla istehsal edilir. Məhsullarımızın ən böyük üstün cəhəti isə insan sağlamlığına birbaşa faydalı olmasıdır.


100 QR ALMADA OLAN VİTAMİN MİQDARI  VƏ ONLARIN FAYDALARI

VİTAMİN

FAYDA

MİQDARI

B9

 

0,012

A

 

0,070

C

Antioksidan. Orqanizmin müdafiəsini gücləndirir.

5

B1

Əzələ və sinir sistemi üçün mütləq gərəklidir.

0,03

B2

Toxumaların  yaxşı çalışması üçün gərəklidir.

0,02

PP

Toxumaların  enerjisi, ərgənlik və ümumi funksiyalar üçün gərəklidir.

0,3

B5

Yağ və şəkər istifadəsində önəmlidir. Saç, dəri və əzələlərin sağlamlığında faydalıdır.

0,1

B6

Yaşam mexanizmlərinin açar vitaminidir. Amino asit və protein metabolizması üçün gərəklidir.

0,05

E

Antioksidan Üz dərisinin qocalmasına qarşı qoruyucudur.

0,6

Bütün bu məlumatlara əsaslanaraq qeyd edə bilərik ki, bu ilki alma xammalından əldə edilən məhsullarımız yenə də müştərilərimizin məmnuniyyətinə xidmət edəcəkdir.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan