Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Konserv Zavodunda Pomidor Qəbulu Mövsümü Yekunlaşdı

Tarlalardan zəhmətkeş əllərin əməyi olaraq süfrənizə qonaq gələcək məhsullarımızın ləzizliyi, keyfiyyəti Sizləri bu il də valeh edəcəkdir.

Bacarıq, təcrübə, zəhmətkeşlik, düzlük, istək, niyyət... Bütün bu amillərin vəhdətini özündə cəm edən “Qafqaz Konserv Zavodu” pomidor qəbulu mövsümünü uğurla tamamladı. 2008-ci il avqust ayının 1-də açıq elan edilmiş mövsüm, 2008-ci il sentyabrın 15-i tarixində alma qəbuluna başlaması ilə yekunlaşdı. Mövsüm ərzində cəmi 26.500 ton pomidor xammalı alınmışdır ki, bunun da 10.000 tondan çoxu  Xaçmazdan, qalan hissəsi isə Lənkəran bölgəsindən toplanmışdır.

Xammalın qəbulu zamanı göstərilən yüksək xidmət və nağd ödəmə şərtlərindən tədarükçülər olduqca məmnun qalmışlar. Ənənəvi hala çevrilmiş və məsuliyyətin bəhrəsi olan bu müddəalar çərçivəsindən heç bir zaman çıxmayan zavod personalından olduqca razı qalan tədarükçülər məhsullarını təhvil vermək üçün ilk düşündükləri ünvanın “Qafqaz Konserv Zavodu” olduğunu dilə gətirmişlər.

Zavodun qəbul etdiyi pomidor xammalı isə laboratoriyada yoxlandıqdan sonra dərhal istehsala verilir və mətbəxinizdə əvəzsiz ərzaq məhsulu olan “Tomat Pastası” emalı gerçəkləşdirilir. İstehsal edilən məhsullar həm aseptik, həm də müxtəlif qramajlı şüşə bankalarda qablaşdırılaraq tədarük edilir. Bu zaman, burada bütün keyfiyyət normativlərinə də ciddi riayət olunur.

Zəhmətkeş əllərin əməyi sayəsində tarlalardan süfrənizə qonaq gələcək məhsullarımızın ləzizliyi və keyfiyyəti Sizləri bu il də valeh edəcəkdir.

 


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan