Yeni ilin ilk ayında yeni məhsul çeşidləri
“Qafqaz Konserv Zavodu”nun yeni çeşidləri istehlakçılara təqdim edildi
Elə bir dövrdə yaşayırıq ki, keçən hər dəqiqə bizim üçün itirilmiş vaxt hesab edilir. Vaxt müasir, sağlam rəqabətin hökm sürdüyü zamanda xüsusilə böyük önəm kəsb edir. “Bu günün işini sabaha qoyma” məsəli indi həmişəkindən daha çox aktualdır.
Vaxtın dəyərini gözəl anlayan “Azərsun Holdinq” yeni ilin ilk günlərindən istehlakçıların zövqünü oxşayacaq bir sıra məhsulları bazara təqdim etdi.
Bizim Tarla markasının 2009-cu ildəki ilk yenilikləri 1.8 litrlik qablaşdırmada istehsal edilən Bizim Tarla alma və heyva kompotlarıdır.
İndiyə qədər 1 litrlik qablaşdırmada satılan Bizim Tarla feyxoa və Bizim Tarla yemişanlı feyxoa kompotları isə istehlakçı tələbləri nəzərə alaraq bu ildən etibarən 1.8 litrlik daha böyük qablaşdırmada təqdim edilir. Bu qablaşdırmanın həm də satış qiyməti çox sərfəlidir.
Turistlərin, alpinistlərin, uzaq səfərə çıxanların çantasından əskik olmayan Blendo və Final mal əti konservləri indi 325 qramlıq, daha funksional qablaşdırmadadır. Bu qablaşdırma istifadəçilərə qaşıq və çəngəllə istədikləri kimi hərəkət etmə imkanı verir.
Yeməklərində tomat pastasını bol-bol istifadə edənlər Bostan tomat pastasını daha sərfəli, 2.2 kiloqramlıq bankalarda əldə edə biləcəklər.
Bostan markasının növbəti yeniliyi isə 550 qramlıq qablaşdırmada bazara təqdim edilən leçolardır. Bostan leçosu yayın ləzzətini qışda da süfrənizə gətirəcək.


Developed and Supported by