Keyfiyyət çevrələri-yaxşılaşdırma proekt manqaları
Keyfiyyət çevrələri 1960-cı ildə Yaponiyada Tokio Universitetinin professoru Kaoru Ishakava tərəfindən keyfiyyəti inkişaf etdirmək məqsədi ilə yaradılmış və Quality Control Circles (Keyfiyyət çevrəsi/dairəsi) adı verilmişdir.
Keyfiyyət çevrələri 1969-cu ildən etibarən ABŞ-da və digər ölkələrdə geniş şəkildə tətbiq olunmuş, Türkiyədə isə 1980-ci ildən başlayaraq çeşidli emal müəssisələrində yaradılmış və yayılmışdır.
Problem həll etmə texnikaları
Keyfiyyət çevrələrinin problem həll etmədə və problemin qarşısını almaqda istifadə etdikləri texnikalar sadə, zövqlü və asandır. Aşağıda çevrə üzvlərinin ən çox istifadə etdikləri təməl probleminin həll etmə texnikaları verilmişdir.
1. Beyin Fırtınası
Beyin fırtınası, 1930-cu illərdə ABŞ-da reklam şirkətinin sahibi olan Alex F. Osborn adlı tədqiqatçının meydana gətirdiyi bir qrup çalışma üsuludur. Osborn, yeni fikirlər əldə etməyin ən qısa və ən əmin yolunun insan beynində şüurlu şəkildə yaradılacaq bir fırtına olduğunu kəşf etmişdir.
Beyin fırtınasında uyğun gələcək qaydalar bunlardır:
a) Qəribə belə olsa, bütün fikirlər nəticə əldə etməyə köməkçi olduğundan ötəri açıqlanmalı
b) Üzvlər yeni fikirlərin yürüdülməsi üçün başqalarının fikirlərindən faydalanmalı
c) Hər bir iclasda maksimum sayda fikir yürütməli
d) Heç bir şəkildə tənqid və şərh edilməməli
e) Sırası gələn hər bir üzv yalnız tək bir fikir söyləməli
f) İclas dostcasına, təşviqedici bir atmosferdə həyata keçirilməli
2. 4N, 1H, 1K üsulu
Beyin fırtınası iclasları əsnasında, bəzən bir düşünmə mərhələsi olan Nə? Niyə? Nə vaxt? Harada? Necə? Kim? suallarına sistematik cavab tapmaq üçün keçirilən iclaslarda istifadə edilən bir üsuldur.
3. Məlumat toplama texnikaları
Keyfiyyət çevrələri, araşdırmalarında məlumat yığmaq, anbarlama və analiz etmək üçün tək girişli məlumat toplama cədvəllərindən, faiz göstəricisi olan tablolardan, diaqram və müxtəlif ölçmə metodlarından istifadə edə bilərlər.
4. Pareto Analizi
XIX əsrdə yaşamış Pareto tərəfindən meydana gələn Pareto Analizinə görə, dəyərin və ya xərcin təxminən 80%-i işçilərin 20%-indən alınır. Həmçinin Pareto Analizinə görə keyfiyyət sahəsindəki səhvlərin 80%-i, səbəblərin 20%-indən meydana gəlir. Pareto Analizinin keyfiyyət çevrələrinə tətbiq olunmasında məqsəd, problemin təməlindəki ən təsirli səbəbləri təyin etmək və bu səbəblərin aradan qaldırılması üçün çevrənin istiqamətləndirilməsidir.
5. Səbəb-nəticə Analizi
Səbəb-nəticə Analizi, Prof. dr. Kaoru Ishakava tərəfindən yaradıldığı üçün Ishakava Diaqramı və ya Balıq Qılçığı Diaqramı kimi təqdim olunur. Keyfiyyət çevrələri bu üsuldan keyfiyyət problemlərinin səbəblərini təyin etməkdə və izləməkdə istifadə edirlər. Səbəb-nəticə Analizi, bir məhsulun beş faktorunda istifadə edilməklə əldə edilən nəticə-fikir üzərində qurulur:
a) Vəsaitlər, ana maddələr, parçalar
b) İş üsulları
c) Vasitə-vəsait və maşınlar
d) İşçilik
e) Yoxlama
“Qafqaz Konserv Zavodu” MMC-də Keyfiyyət çevrəsi proektləri
Şübhəsiz ki, bu gün iş həyatında keyfiyyətin artırılmasına istiqamətlənmiş proqramlardan ən önəmlisi Keyfiyyət Çevrəsidir.
- Keyfiyyət Çevrələri hər hansı bir iş yerinin məhsuldarlıq , davamlılıq, keyfiyyət kimi bir çox
problemlərini paylaşmaq, araşdırmaq və həll etmək məqsədilə yaradılmış, tamamilə könüllülük prinsiplərinə xidmət edən kiçik qrup manqalarıdır.
Keyfiyyət çevrəsinin məqsədləri
1) Keyfiyyəti inkişaf etdirmək
2) İşçilərin ruhlandırılması və iştirakının genişləndirilməsi
3) Alt-üst əlaqələrinin inkişafı
4) Xərclərin azaldılması
5) Fəaliyyət göstərənlərin mədəniyyətinin inkişaf etdirilməsi
Keyfiyyət çevrəsinin xüsusiyyətləri isə bunlardır:
Könüllülük
Qarşılıqlı inkişaf
Bütün üzvlərin iştirakı
Canlılıq və daimilik
Qrupun faydası
Mükafatlandırma
Keyfiyyət çevrələri və Yaxşılaşdırma Proekt Manqaları sahəsində görülən fəaliyyətlər
Zavodda gerçəkləşən tədrislər zamanı Yaxşılaşdırma Proekt Manqalarında fəaliyyət göstərəcək personallar xüsusi diqqətlə seçildi və tədrisin ikinci mərhələsinə məhz bu şəxslərlə davam edildi. Tədris zamanı interaktiv bir ortam yaradıldı və nəticədə gələcəkdə manqalar üçün olduqca gərəkli ola biləcək problemli mövzular, uyğunsuzluqlar təsbit edilərək qeydiyyata alındı.
Tədrisdən sonra 8-9 nəfər olmaqla 4 qrup Proekt Manqaları yaradıldı. Hər bir qrupa bir Qrup Lideri seçildi və qruplara fərqli, problemli mövzular təqdim edilərək, müəyyən bir zaman limiti qoyuldu.
Yaxşılaşdırma Proekt Manqaları yaradılarkən bu qruplara ilk növbədə hər bir sahədən işçilər daxil edildi. Qeyd edək ki, Manqalarda iştirak edən bu nümayəndələr İstehsalat, Texniki İşlər, Keyfiyyətə Nəzarət, Proses Kontrol və Loqistika bölmələrindən cəlb olunmuşdur.
Manqaların Lideri isə İstehsalat bölməsinin növbə rəisləri və növbə ustasından seçilir.
A-MANQASI |
B-MANQASI |
C-MANQASI |
D-MANQASI |
Asəf Seydəliyev |
Azər Pirməmmədov |
Əlizadə Şeferdiyev |
Ceyhun Hacımuradov |
Zaur Hacəliyev |
Namiq Allahverdiyev |
Rafiq Qafarov |
Elşad Rəşidov |
Azər Zeynalov |
Baxış Zeynalov |
Mais Balakərimov |
Əliqulu Bədirxanov |
Elnur Osmanov |
Mirrəhman Ağayev |
Kamal İsayev |
Samik Asanbekov |
Ceyhun Xankişiyev |
Nazilə İsmayılova |
Anar Qədirov |
Mahir Məmmədov |
Famil Qeybullayev |
Gülbacı Allahverdiyeva |
Arzu Alimova |
Zümrüd Hüseynova |
Bəhruz Sərdarov |
Elman Məmmədov |
Xatirə Əzimova |
Sərxan Bağırov |
Çingiz Həsənov |
Mübariz Əliyev |
Fərqanə Osmanova |
Manaf İmanov |
Nadim Atluxanov |
|
|
Vidadi Tahirov |
Dəstək heyəti:
Telat Karasu- İstehsalat şöbəsinin müdiri
Akif Vəliyev- Texniki İşlər şöbəsinin müdiri



Developed and Supported by