Qısa Zamanda Böyük Nailiyyət
Şimal bölgəsində fəaliyyət göstərən konserv zavodu ilə yanaşı, şirkətlər qrupunun cənub bölgəsində - Lənkəranda da belə bir müəssisəsi fəaliyyət göstərməkdədir.
Emal gücünü ildən-ilə artıran və yüksək keyfiyyət göstəricilərini dəyişmədən saxlayan Lənkəran Konserv zavodu 2008-ci il istehsalat mövsümündə yenə də öz qabaqcıllığını saxlamağı bacardı. Belə ki, müəssisə rəhbərliyi və kollektivinin əzmkar əməyi nəticəsində zavodun gündəlik emal gücü daim müsbətə doğru irəliləmiş və istehsal olunan məhsullar hər zaman olduğu kimi yenə də özünün təhlükəsizliyi, ləzizliyi və keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanmışdır.
Qeyd etmək lazımdır ki, müəssisədə gündəlik turşu istehsalatı 20 ton, tomat pastası isə 65-70 ton arasında dəyişir. Müxtəlif ölçülü şüşə banka və aseptik bidonlara qablaşdırılan bu məhsullar “Bizim Tarla”, “Bostan” və s. markalarla müştərilərə təqdim edilir.
Yüksək bacarığa və təcrübəyə malik işçilərin birliyindən yaranan bu məhsuldar iş şəraiti öz bəhrəsini emal edilən müxtəlif ləziz məhsullarda əks etdirmişdir. Belə ki, zavodun dünya standartlarına uyğun istehsal etdiyi məhsulları həm bazarda xüsusi yer qazanmış, həm də gündən-günə artan istehlakçıların sevimlisinə çevrilmişdir.
Qısa zamanda böyük uğurlar qazanmış müəssisənin yeni nailiyyətlərini Sizinlə bölüşmək arzusu ilə...



Developed and Supported by