Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

“Qafqaz Konserv Zavodu” Həmkarlar İttifaqı tərəfindən mükafatlandırıldı

“Qafqaz Konserv Zavodu” “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim” baxış müsabiqəsində birinci yerə layiq görülmüşdür.

Şimal bölgəsində fəaliyyət göstərən və istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə istehlakçı rəğbətini qazanan “Qafqaz Konserv Zavodu”, eyni zamanda bölgə əhalisi üçün əlverişli iş yerinə çevrilmişdir. Zavodda xüsusi olaraq diqqət yetirilən məsələlərdən biri, işçilərin təhlükəsiz iş şəraiti ilə təmin edilməsidir. Bu cür fəaliyyət isə təbii olaraq Həmkarlar İttifaqları Konfederasiyasının nəzərindən yayınmamışdır. Həmkarlar İttifaqı tərəfindən keçirilən “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim” baxış müsabiqəsində konserv zavodu da iştirak etmişdir.

Beləliklə, “Qafqaz Konserv Zavodu” MMC nailiyyət silsiləsinə daha bir mükafat əlavə etdi!
Müəssisə Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının keçirdiyi “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim” respublika baxış-müsabiqəsində ən yaxşı göstəricilərə görə birinci yerə layiq görülmüşdür. Müsabiqənin davamı kimi “Qafqaz Konserv Zavodu” nun hesabatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təqdim edilmişdir. Müəssisə bu müsabiqədə də uğurla iştirak etmiş, Fəxri Diplom və qiymətli hədiyyə ilə təltif olunmuşdur.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan