Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

“Bizim Tarla” Mürəbbələrinin Yeni Çeşidləri

“Azersun Holding” Şirkətlər Qrupunun Marketinq Departamenti Konserv Məhsulları Üzrə Əmtəə Qrupu tərəfindən “Bizim Tarla” markası ilə daha bir kampaniya reallaşdı. Belə ki, Bakı şəhərinin böyük super marketlərində alış-veriş edən istehlakçılar həm evdə hazırlanmış qədər ləzzətli olan “Bizim Tarla” mürəbbələrini dadmaq, həm də gözəl bir fincan əldə etmək imkanı qazandı.

Bazar iqtisadiyyatı inkişaf etdikcə onun imkanları da genişlənir. Azad rəqabət və bazar münasibətləri şirkətlərin inkişafına təkan verməklə onların qarşısında qoyulmuş tələblərin artmasına da səbəb olur. Bu tələblərdən ən çox bəhrələnən isə qarşısında geniş seçim imkanları yaradılmış istehlakçılardır. Belə ki, rəqabət aparan şirkətlər içərisində istehlakçı tələbatını ən tez müəyyənləşdirərək onların zövqlərini əks etdirən istehsalçılar uğur qazanırlar.

Və bunun ən bariz nümunəsi kimi istehsalçı şirkətlər tərəfindən keçirilən müxtəlif səpkili kampaniyaları qeyd edə bilərik. Bu kampaniyalardan biri, “Novruz” bayramı münasibətilə mart ayının 11-də “Azersun Holding” Şirkətlər Qrupunun Marketinq Departamenti tərəfindən reallaşdı. Kampaniyada “Bizim Tarla” markası altında istehsal edilən mürəbbələrin üç çeşidi: böyürtkən, qoz və əncir mürəbbələri iştirak edirdi. Kampaniya Bakı şəhəri üzrə 29 super marketdə keçirildi. Kampaniyanın keçirilməsində əsas məqsəd isə bütün alıcılara heç bir əziyyət vermədən hazır  mürəbbələri dadmaq imkanını yaratmaq idi. Hamının ürəyincə olan kampaniyada heç bir alıcı hədiyyəsiz qalmadı. Belə ki, hər bir iştirakçı kampaniyada iştirak edən mürəbbələrdən sadəcə olaraq 2 ədədini almaqla hədiyyə olaraq bir fincan qazandı.

Qeyd edək ki, kampaniya aprel ayının 13-də başa çatdı. Nəticə etibarilə, bu şansı düzgün dəyərləndirən alıcılar həm əla dada malik olan mürəbbələrin ləzzətindən həzz aldılar, həm də hədiyyə qazanmağın sevincini yaşadılar.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan