Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Bazarları Yeni Məhsullarla Fəth Edək!

Alıcıların  zövqünü oxşamaq, onlara daha elit şəkildə qablaşdırılmış məhsul təqdim etmək istiqamətində təqdirəlayiq addım “Qafqaz Konserv Zavodu” MMC tərəfindən atıldı.

Artıq bir neçə müddətdir ki,  qida bazarı istehlakçılara yerli məhsullar təklif edir. Başqa sözlə desək, fabriklərimizdə yerli xammal əsasında isehsal edilən məhsullar etibarlılıq  və gigiyena baxımından alıcıların diqqətini cəlb edir. Qarşılarına geniş seçim imkanlarının açılması  isə alıcıları daha qətiyyətli davranmağa sövq edir. Bunu nəzərə alan istehsalçılar, nəticə etibarilə  müxtəlif alıcı zövqünü əks etdirməyə səy göstərirlər.

Məhz bu faktorları nəzərə alan “Qafqaz Konserv Zavodu” MMC, qadın əməyinin mətbəxdə yüngülləşdirilməsi istiqamətində atılan addımların davamı olaraq  “Bostan” markası ilə bazara daha bir məhsul – “Badımcan kürüsü” təqdim etdi. Tərkibində bol təbii vitaminlər və bitki yağı olan məhsul, istifadə üçün heç bir əlavə əziyyət və vaxt  itkisi tələb etmir.

“Qafqaz Konserv Zavodu” MMC tərəfindən atılan təqdirəlayiq addımlardan biri də alıcıların  zövqünü oxşamaq, onlara daha elit şəkildə qablaşdırılmış məhsul təqdim edilməsidir. Belə ki, geniş istehlakçı rəğbəti qazanmış “Bizim Tarla” uzun düyüləri, artıq istehlakçıların alışdığı sellofan paketləmə ilə yanaşı, plastik və daha sivil qablaşdırmada onların ixtiyarına verildi. Qeyd edək ki, qablaşdırma gözəl xarici görünüşə malik olmaqla, həm də qadınlar tərəfindən   mətbəxdə digər məqsədlər üçün istifadə baxımından əvəzedilməzdir. Eyni zamanda yeni qablaşdırmanın tutacağa malik olması, məhsulun daşınmasını da asanlaşdırır.

Beləliklə, “Bizim Tarla” markası ilə yeni qablaşdırmada alınan uzun düyülər, alıcıların əla, dadlı düyü ilə yanaşı, əlavə bir qab da qazanmasına səbəb olacaqdır.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan