Sabaha Doöru İnamla
“Qafqaz Konserv Zavodu” MMC-nin Anbar və Sevkiyat (yükləmə /göndərmə) bölməsində görülən işlər barədə və müəssisənin açılışından bu günə qədər olan inkişaf yolundan bəhs etməyin tam zamanıdır. Belə ki, müəssisədə yerli və beynəlxalq standartlara uyğun 6000 m2 ərazini əhatə edən anbar binaları fəaliyyət göstərir. Bu anbarlar xammal, məmul, yarıməmul, köməkçi mallar, qablama malları, texniki və soyuq anbar olmaqla bir neçə sahəyə ayrılmışdır. Anbarlar istər yerləşmə sahəsindən, istərsə də şərait cəhətdən olduqca əlverişlidir.
Anbarlarda qurulmuş nəm və temperatur ölçmə cihazlarına nəzarət olduqca ciddi şəkildə həyata keçirilir və qeydiyyata alınır. Standartdan kənara çıxmaların isə dərhal qarşısı alınır. Anbarlarda məhsulların saxlanılma şərtləri və onların düzülüşü də daim diqqət mərkəzində saxlanılan və xüsusi əhəmiyyət verilən məsələlərdəndir.
Anbarlarda məmul və yarıməmullar da saxlanılır. İnkubasiya dövrünü zavodda keçirməli olan məhsullar anbarda qorunur və mikrobioloji analizlərin nəticəsi bəlli olduqdan sonra hazır məhsulların zavoddan çıxarılmasına icazə verilir. Təsdiqlənmiş məhsullar yük maşınlarına yüklənərək Xırdalan depolarına göndərilir. Yükləmə prosesi ərzində yük sənədləri hazırlanır və aidiyyəti bölmələr tərəfindən təsdiqlənir.
Bu yükləmə prosesinə anbar işçiləri ilə bərabər keyfiyyətə nəzarət üzrə bölmənin əməkdaşı və o cümlədən mühafizə işçisi də nəzarət edir.
Qeyd etmək lazımdır ki, “Qafqaz Konserv Zavodu” MMC-nin anbar bölməsində paketləmə sahəsi də fəaliyyət göstərir. Paketləmə prosesində hazır məhsullar xüsusiyyətindən asılı olaraq karton-taraya və yaxud qutuya qablaşdırılır. Qablaşdırmadan əvvəl məhsulun istehsal tarixi, son istifadə müddəti və təhlükəsizlik lenti vurulur. Və yalnız bundan sonra ümumi məhsul şrinklənərək paketlərə vurulur. Qeydiyyata alınan bütün bu əməliyyatlar isə İSO tələbləri əsasında yerinə yetirilir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, anbarda fəaliyyət göstərən işçilər yüksək təcrübəli, bacarıqlı və çalışdıqları sahəyə uyğun fəaliyyətləri ilə nümunəvi kollektiv olaraq tanınır. Kollektivdə dürüstlük, ədalət və etimad hökm sürür. Məhz bunun nəticəsidir ki, keyfiyyət sahəsində əldə edilən yüksək nəticələr uzun illərdir anbar bölməsinin “yol yoldaşına” çevrilərək onunla birgə addımlayır.
Bütün bunları qeyd edərək Baş anbardar Muhammed Fatemi və onun əzmkar kollektivini yeni-yeni uğurlara səsləyir və işlərində böyük müvəffəqiyyətlər arzulayırıq.



Developed and Supported by