Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Təhlükəsiz və sağlam əmək şəraiti üçün təhlükələrin müəyyənləşdirilməsi və riskin qiymətləndirilməsi

Təhlükəsiz əmək və sağlam iş yeri layihəsi çərçivəsində “Qafqaz Konserv Zavodu”nda Təhlükələrin Müəyyənləşdirilməsi və Riskin Qiymətləndirilməsi mövzusunda tədris keçirilmişdir.

“Qafqaz Konserv Zavodu”nda 25-26.06.2009 tarixində Təhlükələrin Müəyyənləşdirilməsi və Riskin Qiymətləndirilməsi mövzusunda tədris keçirilmişdir. Tədris “Azərsun Holdinq” İSG şöbəsinin mütəxəssisi Pərviz Əsədi tərəfindən tətbiq olunmuş və iki günlük tədris boyunca iştirakçıların daha çox maariflənməsi üçün interaktiv şərait yaradılmışdır.

Kursun keçirilməsində əsas məqsədlərdən biri də işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı müvafiq qanunvericiliyin izah edilməsi idi. Məşğələlər zamanı dinləyicilər müxtəlif əyani və metodiki vasitələrlə təmin olunmuşdular.

Risk Qiymətləndirilməsi mövzusunda yeni yanaşmaya görə İşə götürənlər, iş yerlərində xüsusi risklərdən təsirlənə biləcək çalışanların vəziyyətini əhatə edəcək şəkildə sağlamlıq və təhlükəsizlik cəhətdən Risk Qiymətləndirməsi etməkdə öhdəçiliklidirlər.

İşə götürən risk analizi nəticəsinə görə alınması lazım olan qoruyucu tədbirlərə və istifadə edilməsi lazım olan qoruyucu ləvazimatların təminatına qərar verir.

Yeni yanaşmanın ən əhəmiyyətli ünsürü Risk Qiymətləndirilməsi (risk analizi) anlayışıdır. Risk, təhlükələrdən qaynaqlanan bir hadisənin, yaranma ehtimalı ilə zərər vermə dərəcəsinin birləşməsidir. Risk Qiymətləndirilməsi, bütün proseslərdə, riskin böyüklüyünü təxmin etməkdir. Sistematik olaraq təhlükələri təyin etmək, riskləri ortaya çıxarmaq və risklərə nəzarət etmək üçün uyğun keyfiyyətli üsullar istifadə edərək həyata keçirilən işlərin cəmidir.

İş Sağlamlığı və Təhlükəsizliyi sisteminin tətbiqinin faydaları;

  • Xəstəlik və şikəstlikləri azaldaraq çalışanların və cəmiyyətin yaxşılaşdırılmasını təmin edir.
  • İşçilərin iş yeri ilə inteqrasiya olunaraq iş yerinə güvənməsinı və səmərəsinin artmasını təmin edir.
  • Qaynaqların təsirli istifadə edilməsi ilə əlavə dəyər və pul qənaətinı təmin edir.
  • İş yerində ola biləcək yanğın və s. kimi hadisələrin qarşısının alınmasında və təbii fəlakətlərə qarşı hazırlanacaq təcili hərəkət planları ilə təsisin və insanların təhlükəsizliyini təmin etdiyindən hesablana bilməyəcək bir gəliri təmin edir.
  • Rəhbərliyin və çalışanların məlumat keyfiyyətini yaxşılaşdıraraq problem həll etmə və müdaxilə qabiliyyətini artırır.
  • İş Sağlamlığı və Təhlükəsizliyi Qanunları ilə uyğunlaşmasını təmin edir və cəza məsuliyyətlərini önləyir.
  • Firmanın imicini və şərəfini inkişaf etdirir.
Rəhbərlik və işçilərlə ünsiyyəti təmin etdiyindən məhsuldarlığı artırır.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan