Şimal Bölgəsi Kənd Təsərrüfatı Sahəsində Əldə Edilən Uğurlar
“Qafqaz Konserv Zavodu” MMC Kənd Təsərrüfatı bölməsinin 2008-ci il mövsümündə həyata keçirildiyi fəaliyyətlər olduqca inamlı, uğurlu və məqsədyönlü olmuşdur. Bu nəticələr cədvəldə əks etdirilir.
№ |
Məhsul |
Miqdar |
Ölçü Vahid |
1 |
Pomidor şitili |
65700 |
ədəd |
2 |
Buğda |
136990 |
kq |
3 |
Saman |
4571 |
ədəd |
4 |
Qarğıdalı |
280 |
kq |
5 |
Şüyüd |
1023 |
kq |
6 |
Cəfəri |
15 |
kq |
7 |
Patisson |
106 |
kq |
8 |
Qovun (yemiş) |
126 |
kq |
9 |
Xiyar |
58 |
kq |
10 |
Pomidor |
352146 |
kq |
Qeyd etmək lazımdır ki, bütün bu fəaliyyətlər 32 hektar ərazidə gerçəkləşdirilmişdir. Ayrı olaraq buğda əkini 25 hektar, pomidor əkini 6 hektar, digər əkinlər isə 1 hektar ərazini əhatə etmişdir.
Yüksək ixtisaslı, bacarıqlı və təcrübəli mütəxəssislərin səyi nəticəsində bu il əldə olunan uğurlu əkin işləri “Qafqaz Konserv Zavodu” MMC-nin fəaliyyətinə də müsbət təsir göstərmişdir.
Xammal tədarükündə müəssisəyə böyük dəstək verən Kənd Təsərrüfatı bölməsi, həmçinin, Xaçmaz şəhərində əkinçilər ilə sıx əlaqə yaratması ilə diqqəti çəkir. Zaman-zaman birlikdə əkin problemləri üzərində müzakirə aparan, çıxış yolları arayan, daim yüksəlişi və inkişafı planlayan fermer və Kənd Təsərrüfatı mütəxəssislərinin bu formatlı görüşləri artıq adət halını almışdır.
Əkinçilər ilə görüşlər zamanı yeni növ meyvə-tərəvəz məhsullarından bəhs edilir, təcrübə mübadiləsi aparılır. Bundan başqa tədarükçülərin problemləri ilə tanış olunur, lazımi məsləhətlər və ya yerində təcrübə aşılama fəaliyyətləri həyata keçirilir. Burada əsas məqsəd məhsuldarlığı artırmaq, sənaye və bazar növlü meyvə-tərəvəz məhsullarının əkinini gerçəkləşdirməkdir. Bunun nəticəsində önümüzdəki illərdə xammal qıtlığı daha az olacaq və, beləliklə, həm əkinçilərin, həm də istehlakçıların büdcəsi müsbətə doğru irəliləyəcək.
Bu bölgədə “Qafqaz Konserv Zavodu” MMC fəaliyyətə başlayana qədər əkinçilikdə məhsuldarlıq olduqca aşağı idi. Məhz müəssisənin açılışı əkinçilər üçün alıcı axtarışı məsələsini asanlaşdırdı və, nəticədə, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı. Bunun nəticəsidir ki, əkinçilər becərdikləri məhsulları harada satacaqlarının fikrini çəkmirlər.
“Qafqaz Konserv Zavodu” MMC –nin Kənd Təsərrüfatı bölməsi 2009-cu ildə də bu ilki nailiyyətləri davam etdirmək və daha üstün uğurlara imza atmaq niyyətindədir.



Developed and Supported by