Konserv Zavodunda ISO Yoxlaması
Şimal bölgəsində yerləşən və məhsulları ilə ölkə bazarında öz sözünü demiş “Qafqaz Konserv Zavodu”, Beynəlxalq İSO standartlarına tam şəkildə cavab verərək keyfiyyətinin zəmanətli olduğunu bir daha təsdiqləmişdir.
Daima yeniliyə və inkişafa doğru əminliklə irəliləyən holdinq müəssisələrinin uğurlu addımları, onların ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli bir rol oynadığını göstərməkdədir.
2007-ci il noyabrın 28-29 tarixində “Qafqaz Konserv Zavodu” MMC-yə Türk Standartlar İnstitutu tərəfindən illik TSE EN İSO 9001:2000 təftiş komissiyası gəlmişdi. Konservləşdirilmiş məhsulları ilə istehlakçıların rəğbətini qazanmış zavodda keçirilən təftiş komissiyasının heyətində Tijen Şıpka və TSE-nin Azərbaycandakı təmsilçisi İsmayıl Dağıstanlı da iştirak edirdi.
İki gün ərzində konserv zavodunun keyfiyyət idarəetmə sisteminin və aparılan qeydiyyatların hansı vəziyyətdə olduğunu araşdıran heyət üzvləri, aparılan sənədləşdirmələrin vəziyyətindən razı qaldıqlarını dilə gətirdilər. Onlar, aparılan yoxlama zamanı heç bir minor və major xətaya rast gəlmədiklərini həm şifahi, həm də yazılı surətdə sənədlərdə qeyd etdilər.
Eyni zamanda edilən təkliflərdən İSO 22000 sahəsində zavodda hazırlanmış bir çox sənədlər haqqında verilmiş rəy və dəyərli məsləhətlərdən yaxın gələcəkdə istifadə edilməsi niyyəti ilə qeydlər edildi.
Bütün bunlarla yanaşı, “Qafqaz Konserv Zavodu”nun bölgədə istehsal etdiyi yüksək keyfiyyətli məhsullarının keyfiyyətini gündən-günə və daha da artırması bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir.
Görülən işlərə nümunə olaraq Biləsuvar rayonunda əkilən tomatlıq pomidor sortlarını göstərə bilərik. Bölgələrdə, beynəlxalq standartlara uyğun belə bir zavodun mövcud olması, regionların sosial-iqtisadi inkişafı baxımından atılan müsbət addımlardan biridir. Belə ki, insanların rifah halının yüksəlməsi ilə yanaşı məhsulların keyfiyyətinin beynəlxalq standartlara uyğunluğu və zavodun müasir texnologiya ilə təchiz olunması müsbət yönlü inkişafdan xəbər verir.
Holdinq müəssisələrinin yüksək nailiyyət əldə etməsini atılan uğurlu addımların nəticəsi kimi qiymətləndirmək olar. Beynəlxalq İSO standartlarına uyğun müəssisənin olması və məhsullarının bu standartlara uyğunluğu, zavodun istehsal keyfiyyətinin zəmanətli olduğundan xəbər verir.


Developed and Supported by