Süfrənizi “Bizim Tarla” məhsulları ilə bəzəyin!
Əsl Azərbaycan təbiətinin neməti olan məhsulları ən yüksək səviyyədə və bütün gigiyenik normalara riayət edərək qablaşdıran “Bizim Tarla” markası yeni mövsümdə öz istehlakçılarına yeni məhsullarla dəstək oldu.
- “Bizim Tarla” markasının 1 litrlik şüşə qablarda təqdim etdiyi ağ gilas, albalı, zoğal, göyəm kimi meyvələrdən ev şəraitində olduğu kimi hazırlanmış kompotları içdikdə, siz təbii meyvələrin xoş ətrini və dadını hiss edəcəksiniz. Tərkibində heç bir əlavə qarışıq olmayan kompotları mövsümdən asılı olmayaraq istənilən fəsildə içə bilərsiniz.
- Turşu ən yaxşı iştah açıcı vasitələrdən biri hesab edilir. Xiyar, pomidor və digər tərəvəzlərdən hazırlanmış turşular həzm sisteminin düzgün fəaliyyəti və xərçəng xəstəliyinin aradan qaldırılması üçün vacib olan yüksək miqdarda toxumalarla zəngindir. Bundan əlavə turşuların hazırlandığı tərəvəzlərin tərkibinə sərbəst radikallarla mübarizə aparan antioksidantlar da daxildir. Turşuların tərkibindəki sirkə immun sistemini yaxşılaşdırır, həzm sisteminin pozulması simptomlarının qarşısını alır, oynaqlardakı kalsium yığıntılarını azaldır, yüksək qan təzyiqini aşağı salır. Bütün bu xüsusiyyətləri “Bizim Tarla” markasının təqdim etdiyi 720 q qablaşdırmalarda istehlakçılara təqdim edilən qırmızı pomidor və 700 q yaşıl pomidor, 550 q qablaşdırmalarda kornişon (tər xiyar) və 720 q qablaşdırmalarda xiyar turşuları özündə cəmləşdirir.
- Elə bir azərbaycanlı ailəsinə rast gəlmək olmaz ki, qış mövsümü üçün mürəbbə tədarükü görməsin. Bu xüsusiyyətləri dəyərləndirən “Bizim Tarla” markası da öz istehlakçılarını artıq əziyyətdən xilas edərək, onlara istədikləri dadı bəxş edən mürəbbələr təqdim edir. Dadından doymayacağınız “Bizim Tarla” markalı ağ gilas və albalı mürəbbələri 440 q və 2.5 kq. şüşə qablarda qablaşdırılaraq sizlərin ixtiyarına verilir. Mürəbbələr ənənəvi çay süfrələrinizi daha da şən edəcəkdir.



Developed and Supported by