Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Biz İstehlakçılarımızı Düşünürük www.bizimtarla.az

Bazara çıxarılan hər hansı bir məhsul çox nadir hallarda markalaşır. Yəni, istehlakçı hər zaman markanı yadında saxlamır. Bu xüsusilə də Gündəlik İstehlakçı Malları sektoruna daxil olan qida məhsullarında daha qabarıq nəzərə çarpır. Dükana girən istehlakçı özünə lazım olan hər hansı şirniyyat, çay, yağ və s. seçə bilər. Amma, əgər o müəyyən markanı gözlərilə axtarırsa bu həmin markanın istehsalçısı olan şirkətin uğuru hesab oluna bilər.

“Bizim Tarla” da bu uğura yenicə imza atmış markalardan hesab edilə bilər. Cari ildə
“İlin Markası” nominasiyasında “Uğur 2007” mükafatına layiq görülən “Bizim Tarla” markası haqqında istənilən informasiyanı istehlakçılar artıq marketə getmədən də öyrənə biləcəklər. Buna səbəb isə sentyabr ayından etibarən “Bizim Tarla” markasının veb səhifəsinin fəaliyyətə başlamasıdır.

www.bizimtarla.az veb səhifəsinə daxil olan hər bir kəs “Bizim Tarla” markası ilə əlaqədar xəbərlər, yeniliklərlə tanış olacaq, yeni məhsul çeşidləri haqqında ətraflı informasiya alacaqlar. Bundan əlavə veb səhifənin daim yenilənən kulinariya  bölməsində Azərbaycan və dünya mətbəxinin nümunələri ilə də tanış olmaq mümkün olacaqdır.

Biz istehlakçılarımızı düşünərək onların rahatlığını təmin edirik. Siz isə sadəcə “Bizim Tarla”nın dadına baxın.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan