Emal Mövsümü Uğurla Həyata Keçirilir
Şimal bölgəsində öz fəaliyyəti ilə daim diqqət mərkəzində olan “Qafqaz Konserv Zavodu” emal mövsümünə başlamışdır. Atdığı hər bir addımı uğurla həyata keçirən zavod istehsal üçün pomidor məhsulunun qəbuluna başlamışdır.
Qida məhsullarının istehsalında xüsusi yerə malik olan “Qafqaz Konserv Zavodu” MMC 2008-ci il emal mövsümünü uğurla davam etdirir. Avqust ayının ilk günündən açıq elan edilmiş istehsalat mövsümündə gündə təxminən 350-400 ton pomidor xam məhsulunun qəbulunu həyata keçirən müəssisə bu sahədə yeni bir rekorda imza atmışdır. Belə ki, müəssisədə ay ərzində cəmi 9000 ton pomidor qəbulu həyata keçirilmişdir. Bu isə olduqca yüksək nəticə hesab olunur.
Qəbul edilən pomidor məhsulunun keyfiyyət nəzarətini həyata keçirən zavodun laboratoriya bölməsi kifayət qədər diqqətli fəaliyyətilə xətasız istehsal prinsipini yerinə yetirir. Qəbul prosesində xammalın sağlam və yetişmiş olması, quru maddə, pH və yetişmə faizi, habelə çürük-xəstəlik miqdarı təsbit edilərək bütün qeydiyyatlar aparılır.
Qəbul edilən pomidor xammalının miqdarının yüksək olması istehsalat bölməsini daha yüksək səviyyədə çalışmağa vadar etmişdir. Belə ki, bütün işçilər yüksək bacarıq və təcrübələrindən istifadə edərək uğurla çalışırlar. Qəbul gücündən asılı olaraq istehsalat planlaması gerçəkləşdirilmiş, ehtiyac duyulan bütün komponentlərin təmini sayəsində lojistik bölməsi lazımi tədbirlər həyata keçirmişdir. Pomidor xammalı, istehsal edilən “Tomat Pastası” ilə yanaşı, tərəvəz yeməklərində və müştərilərin böyük istəyinə səbəb olmuş “Doğranmış Pomidor” məhsullarında istifadə edilir.
“Qafqaz Konserv Zavodu” MMC-nin pomidor qəbulunda və istehsalında əldə etdiyi bu uğur böyük etimad və bacarığın sayəsində yaranmışdır. Zavodun gündəlik olaraq 400-500 ton məhsul qəbul etməsi müəssisənin qəbul gücünün yüksək olmasından xəbər verir. Qeyd etmək lazımdır ki, bölgənin fermer təşkilatları və sıravi əkinçilər qəbul şərtlərindən, təhvil vermənin rahatlığından və nəğd ödəmədən olduqca razıdırlar.
Biz isə, bir-birinin ardınca uğurlara imza atan müəssisəmizin əldə edəcəyi hər bir yeni nailiyyəti yenə də ilk olaraq Sizinlə paylaşacağıq.



Developed and Supported by