Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Növbəti qələbə, növbəti uğur...

“Qafqaz Konserv Zavodu”nun  əməkdaşları yalnız işdə deyil, sosial həyatda da nümunəvi fəaliyyətləri ilə qürur mənbəyi olmaqda davam edirlər. Belə ki, müəssisədə operator vəzifəsində çalışan Hətəm Məmmədovun idmanda qazandığı növbəti uğuru bizləri sevindirməyə bilməzdi. Keçirilən yarışlarda daim yüksək nəticələr əldə edən və özündən bəhs etdirən Hətəm Məmmədov, bu il aprel ayının 25 və 26-sı tarixlərində Bakıda keçirilən Armrestinq üzrə Azərbaycan Çempionatında uğurla iştirak etmişdir. 110 kq-dan yuxarı çəkidə yarışan idmançımız 3-cü yerə layiq görülmüş, bürünc medal və diplomla təltif edilmişdir. İdmançının əldə etdiyi bu qələbədə isə məşqçi Saleh Məmmədovun əməyi danılmazdır.

Yüksək səviyyədə təşkil edilmiş çempionatda güclü rəqiblərinə heç bir şans vermədən ilk 3 qalib arasında özünə yer qazanmış Hətəm Məmmədovun bu qələbəsi həm müəssisənin, həm də yaxınlarının qürur mənbəyinə çevrilmişdir.

Əldə etdiyi yüksək nəticələrlə bizə fərəh və sevinc bəxş edən Hətəm bəyə gələcək idman karyerasında daha böyük uğurlar arzulayır və “Qafqaz Konserv Zavodu” kollektivinin onunla qürur duyduğunu bildiririk.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan