Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Yeni proqramla yenidən efirdə!

“Bizim Tarla” markası artıq “Xəzər” televiziyasına məxsus yeni efir məkanında, “Nuş olsun !” adlı yeni kulinariya şousu ilə  saat  10:30 – 11: 30  arası efirlərinizi bəzəyəcək!

 

Bülletenin ötən saydakı buraxılışında “Bizim Tarla ” markasının “Xəzər” televiziyasında yayımlanan,  “Xəzərin Sahilində ” adlı proqrama  baş sponsorluq etdiyi barədə məlumat verilmişdir. Qeyd edək ki, geniş istehlakçı rəğbətini qazanmış  ” Bizim Tarla ” markası  proqrama bir neçə ay baş sponsorluq etdi və nəticə etibarilə proqramın  ətrafına geniş tamaşaçı kütləsi toplamış oldu. Markanın məhsullarının təqdim etdiyi ləzzətli yemək reseptləri barədə informasiyaya artan tələbat nəticəsində kiçik mətbəx rubrikasına  sığmayaraq, 12 may tarixindən etibarən, məhz “Xəzər” televiziyasında  daha geniş formatlı mətbəx proqramında,  yenidən  efir məkanına qayıtdı. Əsas məqsədi gənc xanımların mətbəxlə bağlı məlumatlarının artırılması olan “Bizim Tarla” markası artıq daha müasir standartlara cavab verən və zövq oxşayan  dizaynda tərtib olunmuş yeni məkanda - “Bizim Tarla” mətbəxində, “Nuş olsun!” adlı şou və əyləncə  xarakterli  mətbəx  proqramına baş sponsorluq edir. Proqramda təcrübəli aşpaz “Bizim Tarla” markasının çeşidli məhsullarından  yararlanaraq, müxtəlif yeməklər və salatlar hazırlayır, eyni zamanda proqramın yeni aparıcısı – maraqlı şərhi və qurman təsiri bağışlayan görünüşü ilə hamının diqqətini məharətlə özünə cəlb edən Xuraman Əlizadənin təqdimatında mütəmadi olaraq, tamaşaçılara həm yeməklərin reseptləri, həm də  markanın məhsulları barədə informasiyalar  çatdırılır. Məlumat üçün qeyd edək ki, 26 may tarixindən etibarən proqramı daha da  maraqlı etmək məqsədilə, proqrama yeni yarışma  şousu da daxil ediləcək. Beləliklə,  “Bizim Tarla” markasının baş sponsorluğu ilə  “Xəzər ”  televiziyasında  yayımlanan  “Nuş olsun!”  mətbəx şousunu  izləmək arzusunda olanlar    həftə içi hər gün səhər 10:30 - 11:30 saatlarında  bu  imkana malik olacaqlar!


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan