Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Nümunəvi emal müəssisəsi diqqət mərkəzində oldu

Quba, Xaçmaz, Siyəzən, Dəvəçi rayonlarını əhatə edən tədbirdə Qafqaz Konserv Zavodu xüsusi diqqət mərkəzində olmuş, onun məhsul çeşidlərinin rəngarəngliyi, keyfiyyəti sərgi iştirakçıları tərəfindən təqdir və təriflə qarşılanmışdır.

Aprel ayının 24-də Xaçmaz şəhərində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir-sərgi keçirilmişdir. Sərgidə iştirak edən Qafqaz Konserv Zavodunun nümunəvi stendi tədbirdə böyük maraqla qarşılanmışdır. Belə ki, müəssisənin istehsal etdiyi müxtəlif çeşidli məhsulları ilə tanış olan sərgi iştirakçıları və ziyarətçilər öz xoş təəssüratları ilə bölüşmüşlər.

Tədbirdə iştirak edən Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev Qafqaz Konserv Zavodu haqqında yüksək fikir söyləmiş, müəssisənin bölgədə ən nümunəvi emal obyektlərindən biri olduğunu bildirmişdir.

Qafqaz Konserv Zavodunun müxtəlif məhsul çeşidləri ilə zəngin olan stendi KİV nümayəndələrinin də diqqətindən yayınmamış və onlar zavodun fəaliyyəti ilə bağlı müəssisə rəhbərliyindən müsahibə almışlar. Jurnalistlərin suallarını cavablandıran müəssisə rəhbəri istehsal çeşidləri, əldə edilmiş nailiyyətlər və nəzərdə tutulmuş planlar barədə geniş məlumat vermişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyi və Xaçmaz rayon İHB-nın iştirakı ilə iclas da keçirilmişdir. Sahibkarların iştirak etdiyi iclasda görülmüş işlərdən və gələcək planlardan bəhs edilmişdir. Bundan başqa, tədbirin tərkib hissəsi olaraq investisiyanın düzgün istiqamətləndirilməsi yönündə treninq həyata keçirilmişdir.

Quba, Xaçmaz, Siyəzən, Dəvəçi rayonlarını əhatə etmiş bu tədbirdə Qafqaz Konserv Zavodu xüsusi diqqət mərkəzində olmuş, onun məhsul çeşidlərinin rəngarəngliyi və keyfiyyəti sərgi iştirakçıları tərəfindən təqdir və təriflə qarşılanmışdır.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan