Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Konserv məhsullari müasir həyatin tələbidir!

Hal-hazırda, “Qafqaz Konserv Zavodu”nun təxminən 135 çeşiddə müxtəlif marka və çəkilərdə istehsal edilən məhsulları Azərbaycan bazarının diqqət mərkəzindədir.

İnsan sağlamlığının əsas şərtlərindən biri, məhz keyfiyyətli qidalanmadır. Yəni istifadə etdiyimiz qidanın keyfiyyət səviyyəsi müvafiq tələblərə uyğun olmalıdır. Çünki qida məhsullarının tərkibini təşkil edən komponentlərin parçalanması nəticəsində yaranan qan bizim fiziki varlığımızı təmin edir. Məhz bu amildən yanaşsaq, qida məhsulları istehsal edən “Qafqaz Konserv Zavodu”nda çalışan əməkdaşların məsuliyyətinin nə qədər böyük olduğuna bir daha inanarıq. Yüksək  təcrübəli və olduqca bacarıqlı işçi heyəti, məhz bu məsuliyyətin nəticəsi olaraq keyfiyyətli qida çeşidlərini ərsəyə gətirir, müştərilərin tələbini ödəyir.

Hal-hazırda, “Qafqaz Konserv Zavodu”nun təxminən 135 çeşiddə müxtəlif marka və çəkilərdə istehsal edilən məhsulları Azərbaycan bazarının diqqət mərkəzindədir.  Biz, bu məqamda müəssisəsinin emal növləri haqqında haşiyəyə çıxmaq istərdik.

TOMAT PASTASI

Muasir texnologiya vasitəsi ilə istehsal edilən tomat pastaları, yuyulma, ayırd edilmə, doğrama, incə ələktən keçirmə, buxarlaşdırma, patorizə edilmə, steril qablara isti-qaynar doldurulma, qapaq qapama, soyutma, qurutma və qutu qablaşdırma kimi proseslərdən keçir. Tomat kütləsinin qatılaşdırılması vakuum şəraitində aparıldığından pomidorun tərkibində olan bioloji fəal maddələr heç bir dəyişikliyə uğramadan pastanın tərkibinə keçir. Bütün istehsal prosesi avtomatlaşdırılmış, sanitar-gigiyenik şəraitdə davam edir.

ƏT KONSERVI

Mal əti konservi soyuq qəlyənaltı kimi istehlak edilə bilər. Əsasən müxtəlif tərəvəzlərdən, yarmadan və makarondan hazırlanan duru və quru xörəklərin hazır olması üçün əlavə edilir. Bu, xörəyin qidalıq və bioloji dəyərini artırır.

Mal əti konservinin tərkibinin belə zəngin olması və insan orqanizmi üçün lazım olan maddələrin optimal nisbəti, onun insan qidasında istifadə olunmasını zəruri edir.
Mal əti konservinin tərkibində orqanizmə lazım olan minerallı maddələr və əvəzolunmaz amin turşuları lazımi miqdarda olduğundan tam bioloji dəyərli qida məhsulu hesab edilir.

YAŞIL NOXUD

Yaşıl noxud konservinin tərkibi zülal, yağ, karbohidrat, çoxlu sayda vitaminlər, B1, B2, PP, C, provitamin A, orqanizm üçün vacib olan əvəzolunmaz amin turşuları və mineral maddələrlə zəngindir. 

Çeşidli salat və yeməklərin hazırlanmasında, qəlyənaltı və quru xörəklərin tərtib olunmasında əvəzsizdir.

MÜRƏBBƏ

Mürəbbə bütöv və ya doğranılmış meyvə-giləmeyvədən, həmçinin tərəvəzdən hazırlanır. Seçilib yuyulmuş meyvə şəkər əlavə edilməklə bir və ya bir neçə dəfəyə bişirilir. Mürəbbənin keyfiyyətli olması üçün tərkibindəki ümumi şəkərin (64-66%) və quru maddənin (68-70%) miqdarı qüvvədə olan standarta görə normalaşdırılır. Mürəbbədə meyvə-giləmeyvə bütöv olmalı, şirəsi isə şəffaf olmaqla bütün kütlədə bərabər paylanmalıdır. Meyvələrdən ən çox  gavalı, gilas, zoğal, boyürtkən, ciyələk,  tərəvəzlərdən isə pomidor mürəbbələri hazırlanır. Mürəbbə yüksək kalorili və insan orqanizmi üçün faydalı qida məhsuludur.

 

HAZIR YEMƏKLƏR

“Qafqaz Konserv Zavodu”nda rahat açılan qapaqla, asanlıqla istifadə edilə bilən hazır yemək qrupu da istehsal edilir. Azərbaycan milli yeməkləri, qarışıq yeməklər konservləşdirilərək, sadəcə konservin qapağı açılmaqla istifadə ediləcək. Ləzzətli və dadlı.

 

TURŞU

Tərəvəzlər mövsümi xarakter daşıdığı üçün payız və qış fəsillərində onların turşu şəklindəki forması damağa xüsusi olaraq ləzzət verir. “Qafqaz Konserv Zavodu”nun turşu məhsulları, bizlərin bu ehtiyacını ödəyəcək şəkildə hazırlanmışdır. Xüsusilə “Xiyar”, “Kələm” və “Qarışıq turşu” çeşidləri müştərilərin sevimli təamlarına çevrilmişdir.

İstehsal prosesində ən önəmli faktorlardan biri əlbəttə ki, gigiyena şərtlərinin qorunması və davamlılığının təminidir. Məhz bununla bağlı, müəssisədə mütəmadi olaraq tədrislər təşkil edilir və fikir mübadilələri aparılır. Zavodun təmiz görünüşünün daim təqib edilməsi üçün İstehsal Bölməsinin əməkdaşları xüsusi səy göstərirlər.

Müasir texnologiyaların istifadə edildiyi emal müəssisəsində çalışan işçilərin təcrübələrinin artırılması üçün müxtəlif sahələri əhatə edən tədris layihələri həyata keçirilir. Bu tədrislər həm “Azərsun Holding” tərəfindən, həm də zavodun təcrübəli mütəxəssisləri tərəfindən təşkil edilir.

Müştərilərin daima təqdirini qazanan məhsullarımız isə özünün təbiiliyi ilə yanaşı, həm də xüsusi ləzzəti ilə seçilir.

Bütün bu sadalanan faktorlar hər birimizin ortaq qürur yeridir.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan