Uğur silsiləsinin məsuliyyət təsiri...
İşsizliyin aradan qaldırılması və insanların rifah halının yüksəlməsində “Qafqaz Konserv Zavodu” MMC-nin rolu xüsusi olaraq vurğulanmalıdır. Belə ki, müəssisənin bu istiqamətdə apardığı işlər öz müsbət təsirini göstərmiş və əhalinin rifah halı kifayət qədər yaxşılaşmışdır. Beləliklə də gözəl təbiəti və mehriban insanları olan Xaçmaz şəhərində həyat öz axarı ilə davam etməkdədir.
2009-cu il büdcəsinə uyğun olaraq fəaliyyətini davam etdirən “Qafqaz Konserv Zavodu” MMC-də müxtəlif çeşidli, keyfiyyətli məhsullar istehsal edilir. Bir çox məhsulların isə bazara yeni təqdim edildiyini nəzərə alsaq görərik ki, müəssisədə məsuliyyət birə-beş artmışdır. Belə ki, zavod rəhbərliyi elə bir məhsulu bazara çıxarmağa çalışır ki, bu növlərin heç reklamına belə ehtiyac qalmasın.
“Kənd Təsərrüfatı və Qida işçilərinin Həmkarlar İttifaqının” keçirdiyi “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim” baxış-müsabiqəsində və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Məhsul və xidmətlərin keyfiyyəti” sahəsində əldə edilən nailiyyətlərə görə Müstəqil Dövlətlər Birliyinin 1-ci mərhələ qalibi olan “Qafqaz Konserv Zavodu” MMC növbəti nailiyyəti ilə bizlərə böyük sevinc hissləri bəxş etdi. Müəssisə, eyni zamanda Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən www.brandaward.az rəsmi internet saytında keçirilmiş “Brand Award Azerbaijan” müsabiqəsində də iştirak etmiş və Qran-Pri mükafatına layiq görülmüşdür. Qazanılmış bu uğurlar isə təbii olaraq hər bir işçini daha məsuliyyətli və əzmkar olmaqla yanaşı, yeni-yeni nailiyyətlər qazanmağa səsləyir.
“İnam, uğurun əldə edilməsi üçün ən vacib amillərdən biridir.” Abdolbari Goozal


Developed and Supported by