Artıq Yeni Konserv Məhsullarımız Bazarda
“Qafqaz Konserv Zavodu” tərəfindən istehsal olunan konserv məhsulları yüksək keyfiyyətlə hazırlanır. İnkişaf edən bazarda konservlərin çeşidini artıran “Qafqaz Konserv Zavodu” bu dəfə istehlakçılara yeni məhsullarını təqdim etmişdir.
Azərbaycan xalqının çox zəngin mətbəx mədəniyyətinə malik olması və bu yöndə formalaşdırdığı müəyyən dəyərlər mövcuddur ki, bunlarsız mətbəximizi təsəvvür etmək qeyri-mümkündür. Bunlardan biri süfrəyə yeməklə birgə verilən yeni mövsüm salatının pomidor, xiyar, bibər, göyərti və yaxud da turşunun olmasıdır. Bu təamlar mövsümdən asılı olaraq dəyişir.
Məsələn, hər bir azərbaycanlı yaz, yay və payız aylarında isti xörəyin yanında göy-göyərti, pomidor, xiyar, payızın sonlarından etibarən qışın sonuna kimi isə müxtəlif turşular görmək istəyir. Bütün bunlar çay süfrəsində də öz əksini tapır. Belə ki, azərbaycanlılar adətən payızın ortalarından etibarən çayı mürəbbə ilə içməyə üstünlük verirlər. Bu isə havalar isinənə qədər davam edir.
Məhz bu amillər “Azersun Holding” Şirkətlər Qrupuna daxil olan “Qafqaz Konserv Zavodu”nda yeni çeşidli turşu və mürəbbələrin hazırlanması istiqamətində müəyyən addımlar atmağa zəmin yaradır. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ev şəraitində hazırlanan turşu və mürəbbələrə daha çox üstünlük verilir.
“Qafqaz Konserv Zavodu”nun öz istehlakçılarına verdiyi dəyər, əsasən də onları çəkdikləri əziyyətdən qurtarmaq və özlərinə daha çox vaxt ayırmalarını təmin etmək üçün uzun sürən sınaqlardan sonra Azərbaycan müştərisinin zövqünə tam uyğun olan məhsullarımız yanvar ayından etibarən bazara təqdim edilmişdir:
- “Bizim Tarla” acı bibər turşusu (720 q, 2 kq)
- “Bolqarka” qarışıq turşu 720 q, 2 kq
- “Bizim Tarla” qarışıq turşu 720 q, 2 kq
- “Bostan” qarışıq turşu 720 q
- “Bostan” qarışıq turşu 2 kq
- “Bizim Tarla” feyxoa mürəbbəsi 440 q
- “Bizim Tarla” doğranmış şəkərli feyxoa 440 q



Developed and Supported by