Dürüstlük Üzərinə Qurulan Iş Prinsipinin Müsbət Bəhrəsi
“Azerasun Holding” Şirkətlər Qrupuna daxil olan müəssisələrdə istehsal olunan yüksək keyfiyyətli məhsulların şimal bölgəsində satışı çox uğurla həyata keçirilir.
“Azersun Holding” Şirkətlər Qrupu şimal bölgələrində yerləşən satış təmsilçiləri ilə də bu zonaya müəssisələrində istehsal olunan məhsulların istehlakçılara lazımi şəkildə çatdırılmasını təmin etməkdədir.
Bu sayımızdakı holdinqin bölgələrdə fəaliyyət göstərdiyi təmsilçiliklərdən biri olan Xaçmaz satış təmsilçiliyidir. Bu bölgəyə respublikanın Siyəzən, Dəvəçi, Quba, Xaçmaz, Qusar və Xudat olmaq üzərə altı rayonu əhatə edir.
Holdinq müəssisələrinin istehsalı olan məhsulların satışı Xaçmaz bölgə şefliyi tərəfindən həyata keçirilməkdədir. Bəhram Qədirovun verdiyi məlumata görə bölgədə satış dağıtım kanalı distributorluqlar, yerli topdan satışçılar və şefliyin nəzdində fəaliyyət göstərən servis satış vasitələri ilə təmin edilir.
Bəhram Qədirov, Quba rayonu ilə aparılan əməkdaşlıq buradakı distributorluq üzərindən qurulduğunu qeyd etdi.
Holdinqin Quba distributorluğuna məxsus olan daşıma nəqliyyatları bu rayonda və ətrafında yerləşən ticarət obyektlərində “Azersun Holding”ə məxsus olan məhsulların satışını təşkil etməkdədir. Bölgənin digər rayonlarında isə fəaliyyətlərin bilavasitə şefliyə məxsus servis vasitələri və topdan satışçılar vasitəsilə həyata keçirilməkdədir.
Servis maşınları gündəlik qrafikə uyğun olaraq şirkət məhsullarını rayonlarda yerləşən marketlərə çatdırılmasını, eyni zamanda malların marketlərdəki rəflərdə zövqlə düzülməsinə də xüsusi diqqət yetirildiyini söyləyən bölgə satış təmsilçisi müştərilərin bu kimi xidmətdən razı qalaraq məmnuniyyətlərini də bildirdiklərini qeyd etdi.
Bəhram Qədirov eyni zamanda bölgədə yerləşən kafe, restoran və çay evlərində də məhsullarımızın istifadəsini təmin etmək məqsədilə katrinq servisinin də fəaliyyət göstərdiyini vurğuladı.
Bununla yanaşı satış təmsilçisi, satış prosesində göstərmiş olduqları nizam-intizamlı və keyfiyyətli xidmət, xoş ünsiyyət istehlakçılarda “Azersun Holding” Şirkətlər Qrupuna olan rəğbətin artmasına səbəb olduğunu bildirdi. Dürüstlük üzərinə qurulan iş prinsipinin müsbət bəhrəsini satışda göstərməsi sevindirici hallardandır.
Son olaraq Bəhram Qədirov, Müştərilərlə sağlam münasibət, qarşılıqlı anlayış və məhsulların keyfiyyətinə etibar edən istehlakçıların da etimadının qazanmanın məntiqi nəticəsi olaraq istehsal edilən məhsulların bazarlarda satışının yüksələn xətlə inkişaf etməkdə olduğunu bildirdi.



Developed and Supported by