Nailiyyətdə Hədəfimiz Avropadir
Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən “Qafqaz Konserv Zavodu” yüksək keyfiyyətli məhsullarını Avropa bazarına çıxarmağı qarşısına məqsəd qoymuş və bu istiqamətdə daha geniş şəkildə fəaliyyət göstərir.
Azərbaycandan Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsində vahid səlahiyyətli orqan olan İqtisadi İnkişaf Nazirliyinin rəsmi ekspertləri tərəfindən 23-24 iyun tarixlərində “Qafqaz Konserv Zavodu” MMC-də ekspert qrupu təyin edilmişdir. Mövcud vəziyyəti qiymətləndirən ekspert qrupunun gəldiyi ilkin nəticələr isə müəssisədə bir sıra çatışmazlıqlar və nöqsanların olması idi. Bununla belə sevindirici haldır ki, bu xoşagəlməz məsələlər “Qafqaz Konserv Zavodu”nun geniş və effektiv fəaliyyəti nəticəsində tez bir zamanda öz həllini tapdı. Ekspert qrupu bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək, onlara öz tövsiyyələrini verdi.
Qeyd etmək lazımdır ki, müəssisələrdə aşkarlanmış çatışmazlıqlar və nöqsanların aradan qaldırılması nəticəsində Avropa İttifaqı ölkələrinə ixrac üçün “təsdiqedici kod” nömrəsinin verilməsi artıq gerçəkləşməkdədir.
Ekspert qrupu, xammal qəbulundan hazır məhsul çıxışına kimi olan mərhələdə keyfiyyətə nəzarətin və qeydiyyatların yüksək səviyyədə olduğunu, anbarlardakı normal vəziyyəti, işçilərin şəxsi gigiyenasını və onların sağlamlığı ilə bağlı müayinələrinin vaxtaşırı olaraq həyata keçirilməsini də xüsusi qeyd etmişlər.
Zərərvericilərlə mübarizə tədbirləri, avadanlıq və təchizatların təmiri və dezinfeksiyası, nəqliyyat vasitələri, dolablar, yuyunma və paltardəyişmə otaqları, anbar sahələri, xammal giriş yerləri, yükləmə əraziləri, istehsal və emal sahələrinin təmizlənməsi, tullantıların uzaqlaşdırılması prosesləri ilə yaxından tanış olan və bu fəaliyyətlərin uyğunluğunu bildirən ekspert qrupu müxtəlif mövzuları əhatə edən tövsiyyə və təkliflərini bölmə rəislərinə verməyi də unutmadı.
Yaxın zamanlarda Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün gərəkli olan “təsdiqedici kod”un əldə ediləcəyinə böyük ümidlə baxan “Qafqaz Konserv Zavodu”nun işçiləri daha yüksək nailiyyətlər əldə etmək üçün fəaliyyətlərini effektiv şəkildə gücləndirmişlər.



Developed and Supported by