Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

“Qafqaz Konserv Zavodu” sərgidə iştirak etdi

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində holdinq tərəfindən görülən işlər təqdirəlayiqdir. Belə ki, şimal bölgəsində uğurlu fəaliyyəti və istehsal etdiyi keyfiyyətli konserv məhsulları ilə istehlakçıların rəğbətini qazanan “Qafqaz Konserv Zavodu” daim diqqət mərkəzindədir.

“Azersun Holding” Şirkətlər Qrupuna daxil olan “Qafqaz Konserv Zavodu”u, şimal bölgəsindəki fəaliyyətilə istehlakçıların rəğbətini qazanmış, eyni zamanda “regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bir sıra işlər görməkdədir. Belə ki, yüksək keyfiyyətli konserv məhsullarının ölkə iqtisadiyyatının güclənməsində olan önəmli rolu və yerli mütəxəssislərin zavodda işlə təmin edilməsi ölkənin rifah halının yüksəlməsi yolunda atılan addımlardan biridir.

Ölkəmizin dinamik iqtisadi inkişafının əsas göstəricisi olan emal müəssisələrinin yüksək səviyyəli fəaliyyəti dövlətimiz tərəfindən daima diqqət mərkəzindədir. Xaçmaz rayonunda 2008-ci il mart ayının 6-da təşkil olunmuş sərgini buna nümunə olaraq göstərmək olar. Belə ki, sərgiyə respublikanın bir sıra dövlət məmurları - Səhiyyə naziri Oktay Şirəliyev, millət vəkili Lalə Abbasova, Prezidentin İcra Aparatı və Xaçmaz rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri qatılmışdılar.

Regionların sosial-iqtisadi inkişafının səviyyəsini özündə əks etdirən sərgidə müxtəlif sahələri əhatə edən emal müəssisələri öz məhsullarını nümayiş etdirirdilər. Qeyd etmək lazımdır ki, “Qafqaz Konserv Zavodu”nun iştirakı sərgiyə xüsusi bir rəng qatmışdı. Qonaqların xüsusi diqqətini cəlb edən stendlər və məhsullar ilə zəngin vitrin, diqqət mərkəzində olan zavodun demək olar ki, bütün məhsullarını nümayiş etdirdi. Müəssisənin qazandığı uğurlar, sertifikat və mükafatlar haqqında zavod mütəxəssisi tərəfindən məlumatlandırılan Səhiyyə naziri Oktay Şirəliyev, onlara gələcək işlərində uğurlar arzuladı.

Sərgidə xüsusi yer ayrılmış “Azersun” aylıq jurnalları, məhsul kataloqları və müxtəlif kitabçalar ziyarətçilərə təqdim edildi. Eyni zamanda sərgidə məlumatlandırma işi də xüsusi diqqət mərkəzində saxlanılmışdı.

Sərgidən sonra təşkil olunmuş toplantıda, Xaçmaz rayon İcra Hakimiyyətinin hesabatında “Qafqaz Konserv Zavodu”nun adı xüsusi olaraq qeyd edilmiş və regionda işsizliyin aradan qaldırılmasına verdiyi dəstək xüsusi vurğulanmışdır. Eyni zamanda İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri, sərginin təşkilində danılmaz rolu olan zavod rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Tədbir zamanı “Qafqaz Konserv Zavodu” dövlət və özəl telekanallarının diqqət mərkəzində olmuş və efirlərə xüsusi olaraq seyrə verilmişdir.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan