Qafqaz Konserv Zavodu
Azərbaycanın Şimal bölgəsində, Xaçmaz şəhərində fəaliyyətə başladığı gündən inkişaf yoluna qədəm qoymuş Qafqaz Konserv Zavodu Keyfiyyətli məhsul istehsal etmə yönündə daim yüksəliş pillələri ilə irəliyə addımlamaqdadır. Müəssisədə 350-dən artıq işçi çalışır ki, bu da Xaçmaz bölgəsinin inkişaf amillərindən biridir. Qafqaz Konserv Zavodu 08/11/2005-ci tarixindən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatına sahibdir (Sertifikat № KY-4187/05) və bütün sənədləşmə , eyni zamanda istehsal proses işlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslandırmaq şərti ilə Beynəlxalq normalar çərçivəsində həyata keçirir. Qafqaz Konserv Zavodunun rəhbərliyi istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı bütün standartların (DÜST, QOST, TSE) tətbiqi sahəsində lazımi əməliyyatlar aparmaqdadır.
Daim keyfiyyətli məhsul və xidməti ilk hədəf olaraq seçmiş Qafqaz Konserv Zavodu istehsal kəmiyyəti cəhətdən də yüksək inkişafa malikdir.



Developed and Supported by